“Əlimizdən gələni edib adımızı qaytarmalıyıq!” - Sabit Bağırov

4-11-2019, 09:47           
“Əlimizdən gələni edib adımızı qaytarmalıyıq!” - Sabit Bağırov
“Azərbaycanlı Azərbaycanda yaşayan deməkdir. Etnik mənsubiyyətimizdən asılı olmayaraq hamımız Azərbaycanlıyıq. Bu gün Azərbaycanda hər etnik qrup öz adı ilə adlanır. Lakin türklər istisna olaraq azərbaycanlı adını daşıyır”.

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin keçmiş prezidenti, iqtisadçı ekspert Sabit Bağırov bildirib.

S.Bağırov qeyd edib ki, türklərin azərbaycanlı adını daşıması düzgün deyil:

“Türklər sanki diskriminasiya olunmuş etnik qrupdur. Bu Stalin siyasətinin nəticəsidir. 30-cu illərin ortalarından (dəqiq ili bilmirəm. Deyilənə görə 1937-ci ildən) Şimali Azərbaycanda yaşayan türkləri azərbaycanlı adlandırdılar. O zaman ciddi müqavimət olmadı. O quldur rejimində mümkün deyildi. İndi isə ölkəmiz müstəqildir. Tarixi ədaləti bərpa etmək mümkündür. Əlimizdən gələni edib adımızı qaytarmalıyıq!".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru