Nazir, deputat, məmur övladlarına ORDUYA DƏSTƏK ÇAĞIRIŞI...

4-04-2016, 18:13           
Nazir, deputat, məmur övladlarına ORDUYA DƏSTƏK ÇAĞIRIŞI...
Aprelin 2-nə keçən gecədən başlayaraq bütün cəbhəboyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulur. Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qalır. Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək, dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib

Cəbhə bölgəsində əldə etdiyimiz qələbələr bir daha sübut edir ki, Azərbaycan ordusu öz torpaqlarını ordumuzun gücü ilə heç kimin köməyi olmadan azad etmək imkanına malikdir. Belə bir məqamda əsgərlərimizin ruh yüksəkliyinin daha da artırılması üçün tanınmışlar, siyasətçilər, nazir, məmur övladı demədən hamı birlik nümayiş etdirməlidir.
Nazir, deputat, məmur övladlarına

Məsələ ilə bağlı danışan Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirib ki, ölkə üçün bundan ağır gün olmur:

“Ölkədə müharibə gedir. Kimin necə yanaşmasından asılı olmayaraq, əsgər və zabitlərimiz düşmənə qarşı döyüşlərdə layiqli şəkildə iştirak edirlər. Mənə ziyalılarımızın, adı xalq yazıçısı, xalq rəssamı, xalq artisti olan insanların səsinin gəlməməsi daha çox təsir edir. Onlar da işarə gözləyirmi? Niyə bu məqamda Azərbaycan ordusunun son olaraq qazandığı uğuru təbliğ, tərənnüm etmək üçün hərəkətə keçmirlər? Axı döyüş bir nəfər üçün yox, varlı-kasıb olmağından asılı olmayaraq hamımıza görə gedir.

Cəbhə bölgəsinə gedə bilmirlərsə, əsgər və zabitlərimizin dəfn mərasiminə qatılsınlar. Yaxud şəhid ailələrinin yanına getsinlər. Təəssüf ki, bunları görmürük. Sözdə hamı pəhləvandır, hamı qəhrəmandır.

Bu gün evdə yatıb, telekameralar qarşısında hansı bahalı maşın almaq, hansı bahalı şəhərdə dincəlmək haqqında yox, hansı şəhid ailəsinin heç olmasa balasının başına sığal çəkmək barədə düşünmək lazımdır”.
Nazir, deputat, məmur övladlarına
Keçmiş döyüşçü “biz silahlı qüvvələrimizi sözdə yox, əməldə dəstəkləməliyik” deyib:

“Bizim kifayət qədər məşhurlarımız var, Qarabağa gedib orda döyüşə bilmirlərsə, burda dünyasını dəyişənlərin ailələrinə, yaralılara baş çəksinlər. Heç olmasa kiçik sovqatla əsgərlərimizin yanında olmağa nə maneə var?

Mənim Yazıçılar Birliyindən, Rəssamlar İttifaqından, Mədəniyyət və Turizm Nazirliyindən, elə Milli Məclisin deputatlarından gözləntilərim çoxdur. İndi Milli Məclisin sessiyaları ki, yoxdur. Getsinlər hərbi hissələrə, şəhidlərin dəfnində iştirak etsinlər.

Məmurların, tanınmış şəxslərin övladları vətən uğrunda canını fəda edən yaralılara baş çəksinlər. İdmançılarımızdan çox böyük gözləntilərim var. Onsuz da dövlətimizin idmançılara dəstəyi böyükdür. İdmançılarımızdan da bu dəstəyə cavab gözləyirəm. Hesab edirəm ki, mətbuat bu məsələni geniş işıqlandırmalıdır. Bu hamımızın-Azərbaycan xalqının müqəddəs müharibəsidir. Hər kəs öz əlindn gələni əsirgəməməlidir”.


Sosioloq Əhməd Qəşəmoğlu da Modern.az saytına belə bir məqamda birlik nümayiş etdirilməsinin vacibliyini vurğulayıb:
“Düşmən top-tüfəngdən qabaq Azərbaycanın qüdrətini hiss etməlidir. Azərbaycanın qüdrəti isə müxtəlif təbəqələrdən olan insanlarımızın birlik nümayiş etdirməsindədir. Belə düşünülmməlidir ki, orudya gedən ancaq kasıb övladlarıdır, arxasında güclü əl olmayanlardır. Məhz bunun baş verməməsi üçün çalışmalıyıq ki, qüdrətimiz daha da çox olsun. Düşmənin indiki vaxtda əsas iblisanə oyunları ölkədə parçalanma, ikitirəlik yaratmaqdır.
Bu məqamda çalışmalıyıq ki, Azərbaycanda olan müxtəlif etnik-dini təriqətlərə qarşı diqqətli olaq. Düşmənə Azərbaycanı parçalamaq üçün bəhanə olacaq nöqtə belə qoyulmamalıdır. Ölkədə çoxtirəlilik yaradan istənilən şeyi ortadan götürməliyik”.
Sosisoloq təbəqəsindən, vəzifəsindən asılı olmayaraq hamını birliyə çağırıb:
“İstər nazir oğlu, istər arxasında böyük qüvvə dayananlar, hamısı aktivlik nümayiş etdirməldirlər. Bütün ziyalılarımız bu istiqamətdə iş aparmalıdrlar. Bu, hər birimizin borcudur. Yeganə tarixi dövr gəlib ki, biz müstəqil dövlət olaraq özümüz ermənilərin törətdiyi fəsadların qarşısını almaq gücündəyik”.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.