Suriyadan sərt reaksiya: İsrail və ABŞ öz hədəflərinə çatmayacaq

13-01-2019, 19:24           
Suriyadan sərt reaksiya: İsrail və ABŞ öz hədəflərinə çatmayacaq
Birləşmiş Ştatlar və İsrail Suriyada öz hədəflərinə nail ola bilməyəcəklər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbrə verir ki, bu haqda İsrail Hərbi Hava Qüvvələrinin hücumundan sonra Suriyanın Xarici İşlər Nazirliyinin başçısının köməkçisi Ayman Susan bildirib.

“ABŞ və ya İsrail hər hansı arqumentlər və bəhanələrlə bu təcavüzə bəraət qazandıra bilmir. Bu, sözün tam mənasında təcavüzdür. Onlar bu hücumlarla öz hədəflərinə nail olmayacaqlar, əvvəl də nail ola bilmədilər”, - o deyib.

Suriyalı diplomat əlavə edib ki, müttəfiqlər belə hərəkətlərlə vəziyyəti ağırlaşdırmağa və münaqişəni uzatmağa çalışırlar.

Daha əvvəl KİV-in yazdığına görə, İsrail təyyarələri Suriya ərazisinə zərbələr endirib. İsrailin baş naziri Benyamin Netanyahu təsdiq edib ki, son 36 saatda İsrailin Hərbi Hava Qüvvələri Suriyada İran obyektlərinə hücüm edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.