Qarabağdakı separatçı erməni rejiminə “vətəndaşlıq” üçün müraciət edən Rəşad Əlizadə kimdir?.. - Təxribat, yoxsa...

7-02-2019, 09:07           
Qarabağdakı separatçı erməni rejiminə “vətəndaşlıq” üçün müraciət edən Rəşad Əlizadə kimdir?.. - Təxribat, yoxsa...
“Azərbaycan Respublikası vətəndaşı Rəşad Əlizadə “Artsax Respublikası” vətəndaşlığı almaq xahişi ilə “Artsax Respublikası” “xarici işlər nazirliyinə” müraciət edib”.

Moderator.az xəbər verir ki, bu məlumatı Xankəndindəki separatçı nəşrlər yayıb. “”Artsax” XİN-ə yaxın mənbə olay barədə başqa məlumat olmadığını bildirib”. Separatçıların yaydığı xəbərdə belə deyilir.

Adı çəkilən Rəşad Əlizadənin kimliyi haqda əlimizdə hələlik heç bir informasiya yoxdur.

Sözügedən şəxsin 2017-ci ilin noyabrında Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən 3 il Gürcüstan və Qazaxıstanda yaşadığı halda məhkəmə vasitəsilə üzərinə 2015-ci ildə şirkət rəhbəri kimi 400 min manata yaxın borcun saxta şəkildə yazıldığını iddia edən Rəşad Əlizadə olub-olmaması dəqiq bilinmir. Həmin borca görə Rəşad Əlizadəyə Azərbaycan ərazisini tərk etmək qadağan edilmişdi.

Güman edirik ki, respublikamızın müvafiq qurumları tezliklə məsələyə aydınlıq gətirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru