ABŞ və KXDR nümayəndələri Tramp-Kim sammitindən öncə daha bir dəfə görüşəcəklər

9-02-2019, 08:37           
ABŞ və KXDR nümayəndələri Tramp-Kim sammitindən öncə daha bir dəfə görüşəcəklər
ABŞ-ın KXDR üzrə xüsusi nümayəndəsi Stiven Bigen KXDR-nın ABŞ üzrə siyasətinə dair dövlət şurasının xüsusi nümayəndəsi Kim Xyok Çxol ilə daha bir dəfə görüşəcək.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin S.Bigenin KXDR-ya səfərinin yükunları üzrə bəyanatında deyilir.

Bəyanatda deyilir: "Xüsusi nümayəndə Bigen və xüsusi nümayəndə Kim prezident Tramp və sədr Kim arasında keçiriləcək görüşdən öncə yenə görüşmək barədə razılığa gəliblər".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp fevralın 6-sı Senat və Konqresin Nümayəndələr Palatası qarşısında "Ölkənin vəziyyəti haqqında" illik müraciətlə çıxışı zamanı Koreya Xalq Demokratik Respublikası lideri Kim Çen Inla 27-28 fevral tarixlərində görüşəcəyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru