Tramp gözlədi, Ruhani onu rədd etdi - Sensasiya

2-10-2019, 09:10           
Tramp gözlədi, Ruhani onu rədd etdi - Sensasiya
ABŞ-ın Nyu York şəhərində Prezident Donald Trampla iranlı həmkarı Həsən Ruhani arasında telefon danışığı baş tuta bilərdi.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın "Nyu York Tayms" qəzeti məlumat yayıb.

Məlumatda Fransa lideri Emmanuel Makronun köməkçiləri tərəfindən prezidentlər arasında telefon danışığı üçün cəhd göstərildiyi bildirilib, ancaq Ruhani Trampla telefon danışığından imtina edib.

Hətta telefon danışığı üçün Ruhaninin qaldığı oteldə təhlükəsiz bir otağın da ayrıldığı vurğulanıb. Bundan başqa, Trampın da öz otağında telefon danışığı üçün xeyli gözlədiyi bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru