ABŞ Suriya ilə bağlı "vəzifəsi"ni açıqladı: SDQ-yə dəstək...
23-11-2019, 08:00
Birləşmiş Ştatların Suriyadakı neft əraziləri ilə bağlı siyasəti qeyri-qanuni deyil.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri deyib.
“Hesab edirəm ki, bu qanunidir”, - deyə diplomat bildirib.
C.Cefri qeyd edib ki, ABŞ-ın vəzifəsi Suriya Demokratik Qüvvələri (SDQ) ilə əməkdaşlıq etmək və onun İŞİD-ə qarşı mübarizədə həyati əhəmiyyətli oyunçu olduğunu təmin etməkdir.