“İsrail İranın kütləvi hücumuna hazır olmalıdır!..” - Yəhudi general

26-11-2019, 00:19           
“İsrail İranın kütləvi hücumuna hazır olmalıdır!..” - Yəhudi general
“Hər an İsrailə minlərlə raket düşə bilər və hərbi qüvvələrin çox sayda hava hücumundan müdafiə sisteminə sahib olmasına baxmayaraq, ölkənin bütün ərazisini müdafiə edə bilməz. İsrail hakimiyyəti İran və onun nəzarətində olan yaraqlıların geniş hücumuna hazır olmalıdır”.
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, bu fikri Hava Hücumundan müdafiə qüvvələrinin keçmiş komandiri, briqada generalı Zvika Haymoviç "The Jerusalem Post" a verdiyi müsahibəsində söyləyib.
"Onların Hayfadakı kimyəvi obyektlərə və ya Kfar- Səbadakı kiçik bir zavoda hücum etmələrinin əhəmiyyəti yoxdur. İranın İsrail dövlətinə hücumu kütləvi olacaq. Hətta İraqdan olsa da, bu, müharibə elanıdır" -deyə yəhudi general bildirib.
Onun sözlərinə görə, İranla geniş miqyaslı bir müharibə başlasa, Livan və Suriyadan da İsrailə qarşı bir cəbhə aça biləcək. “Hizbullah” terror təşkilatı da, İraqdan gələn şiə milis qüvvələri, Qəzza zolağındakı bütün qruplar da buna qoşulacaq”- deyə İsrail generalı həyəcanını gizlətməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.