Vaşinqton Seul və Tokio ilə fəaliyyət qurur –KXDR-in sınaqları ilə əlaqədar

15-12-2019, 09:50           
Vaşinqton Seul və Tokio ilə fəaliyyət qurur –KXDR-in sınaqları ilə əlaqədar
Vaşinqton KXDR hökumətinin Sohe təlim poliqonunda daha bir ballistik raket sınaq keçirməsi barədə məlumatlarla əlaqədar rəsmi Seul və Tokio ilə qarşılıqlı fəaliyyət göstərir.

Bu barədə şənbə günü ABŞ Dövlət Departamentinin nümayəndəsi “TASS” agentliyinə açıqlamasında deyib.

“Sınaq haqqında məlumatları gördük, cənubi koreyalı və yaponiyalı müttəfiqlərimizlə sıx əlaqədəyik”, – Dövlət Departamentinin nümayəndəsi belə deyib.

Eyni zamanda, departamentin nümayəndəsi Pxenyanın son zamanlar sınaqları həyata keçirilən müdafiə texnologiyalarından Amerikanın nüvə təhdidlərinə qarşı mübarizə aparmaq üçün istifadə edəcəyi ilə bağlı Koreya Xalq Ordusu Baş Qərargah rəisi Pak Çon Çxonun söylədiyi sözlərə şərh etmək istəməyib. /APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru