“Xalqıma lazımı dəstəyi verəcəm” – Lotu Quli

27-07-2020, 11:19           
“Xalqıma lazımı dəstəyi verəcəm” – Lotu Quli
“Mən öz xalqımın yanındayam və hər yerdə xalqıma dəstək verəcəm”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan azərbaycanlı “oğru” Nadir Səlifov (“Lotu Quli”) bildirib. O, bu fikirləri azərbaycanlıların müxtəlif ölkələrdə ermənilərin hücumlarına məruz qalması kontekstində yazıb.

Nadir Səlifov əlavə edib ki, azərbaycanlılara Rusiya və digər ölkələrdə lazımı dəstəyi verəcək.

Qeyd edək ki, Ermənistanın 12 iyulda Tovuz istiqamətində törətdiyi hərbi təxribatdan sonra xaricdəki ermənilər müxtəlif ölkələrdə azərbaycanlılara qarşı hücumlar təşki etməyə başlayıb. Bu hücumlar ABŞ-ın Los-Anceles şəhərində və Belçikanın paytaxtı Brüsseldə görünməmiş zorakılıqla müşayiət olunub. Hazırda bu məsələ dünyanın gündəmindədir. Ermənilərin əməlləri pislənilsə də, onların yeni hücumlar planlaşdırdıqları barədə xəbərlər var.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru