Qarabağda olan və əvvəllər Donbasda döyüşmüş qondarma “sülhməramlılar”- Rusiyanın yeni "hərb" üsulu

10-03-2022, 12:38           
Qarabağda olan və əvvəllər Donbasda döyüşmüş qondarma “sülhməramlılar”- Rusiyanın yeni "hərb" üsulu
Ukraynada 250-300 rusiyalı əsgər əsirdir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

“Hazırda Ukraynada ən azı 250-300 nəfər yalnız çağırışçı rus əsiri var. Çağırışçılar çox maraqlı hadisələr danışırlar - əvvəllər Suriyada döyüşmüş 15-ci əlahiddə motoatıcı briqadanın çağırışçı-kəşfiyyatçıları, Qarabağda olan və əvvəllər Donbasda döyüşmüş qondarma “sülhməramlılar” və s. barədə. Onlar Ukraynadakı Suriya üsullarından bəhs etdilər, orduya qalib gələ bilmədiklərindən şəhərləri mühasirəyə alıb, Mariupolda olduğu kimi, əhaliyə qalib gəlməyə çalışırlar”.

Arestoviç qeyd edib ki, Ukraynada həlak olan rus əsgərlərinin yarısı çağırışçılardır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru