Çin döyüş təyyarələri və gəmiləri Tayvana yaxınlaşdı

19-01-2023, 10:38           
Çin döyüş təyyarələri və gəmiləri Tayvana yaxınlaşdı
Çin Xalq Azadlıq Ordusunun 16 hərbi təyyarəsi və üç gəmisi yarımadaya bitişik ərazilərə yaxınlaşıb.

Publika.az xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlik, Çinin dörd pilotsuz təyyarəsinin Tayvanın Hava Hücumundan Müdafiə Müəyyənetmə Zonasına daxil olduğunu bildirib.

Çin hərbçilərinin yaxınlaşması ilə əlaqədar ada dövlətinin silahlı qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib.

Tayvan hakimiyyəti zenit-raket komplekslərinin yerləşdirilməsinə göstəriş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru