İran Baydenin qələbəsi üçün Suriyadakı qoşunlarını geri çəkir – SENSASİON İDDİA

27-04-2024, 11:06           
İran Baydenin qələbəsi üçün Suriyadakı qoşunlarını geri çəkir – SENSASİON İDDİA
İran ABŞ prezidenti Co Baydenin bu ilin noyabrında keçiriləcək prezident seçkilərində qalib gəlməsi üçün Suriyadakı hərbi mövcudluğunu azaldıb.

Bu iddia ilə Səudiyyə Ərəbistanının “Asharq Al-Awsat” qəzeti çıxış edib.

Qeyd olunur ki, Tehran keçmiş prezident Donald Trampın və ya başqa bir respublikaçının qələbəsini istəmir. Bu səbəbdən İran Baydenin regionda qalib gələ bildiyini göstərmək istəyir.

Xatırladaq ki, Tramp 2018-ci ildə İran ilə 5+1 (ABŞ, RF, Çin, Böyük Britaniya, Fransa və Almaniya) kimi tanınan bir qrup ölkə arasında 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxıb.
Bu ölkəyə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində İranın nüvə proqramına məhdudiyyətlər nəzərdə tuturdu.Eyni zamanda SEPAH generalı Qasim Süleymani də 2020-ci ildə, məhz Trampın prezidentliyi dövründə qətlə yetirilmişdi.

Mənbə: bizim.media












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.