BMT Baş Assambleyası prezidentliyinə yeni namizədin adı məlum olub

6-06-2024, 12:54           
BMT Baş Assambleyası prezidentliyinə yeni namizədin adı məlum olub
BMT Baş Assambleyasının 79-cu sessiyasının prezidentliyə yeni namizədi açıqlanıb.

Gununsesi.info xəbər verir ki, Kamerunun keçmiş baş naziri Filemon Yanq Baş Assambleyanın 79-cu sessiyasının sədrliyinə namizəd olub.

Baş Assambleyanın 78-ci sessiyasının prezidentinin sözçüsü Monika Qreyli bildirib ki, sabah Assambleyada növbəti 79-cu sessiyasının sədrini müəyyən etmək üçün 193 üzv dövlətin nümayədələrinin iştirakı ilə gizli səsvermə keçiriləcək.

Sözçü əlavə edib ki, eyni gündə Baş Assambleyada BMT Təhlükəsizlik Şurasının 2025-2026-cı illər üçün beş müvəqqəti üzvünü müəyyyən etmək üçün də seçkilər keçiriləcək.

Qeyd edək ki, Baş Assambleya təşkilatın əsas siyasət orqanıdır. Assambleya bütün üzv dövlətləri özündə birləşdirərək, BMT-nin nizamnaməsi ilə əhatə olunan beynəlxalq məsələlərin tam spektrinin çoxtərəfli müzakirəsi üçün unikal platformadır.

BMT-yə üzv olan 193 dövlətin hər biri Assambleyada bərabər səs hüququna malikdir. Baş Assambleya BMT üçün əsas qərarlar qəbul edir, o cümlədən TŞ-nin tövsiyəsi ilə Baş katibin təyin edilməsi, müvəqqəti üzvlərin seçilməsini müəyyən edir.

Baş Assambleyanın qərarları tövsiyə xarakteri daşıyır, yəni hüquqi cəhətdən üzv dövlətlər üçün məcburi deyil. Assambleya hər ilin sentyabr-dekabr ayları arasında müntəzəm sessiyalarda toplanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru