Zelenski dərhal bu fərmanı ləğv etməlidir - Soskin

29-07-2024, 10:38           
Zelenski dərhal bu fərmanı ləğv etməlidir - Soskin
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə danışıqları qadağan edən fərmanı təcili olaraq ləğv etməlidir.

Axar.az xəbər verir ki, bunu Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın keçmiş müşaviri, politoloq Oleq Soskin deyib.

"Onun edə biləcəyi yeganə iş Putinlə danışıqların mümkünsüzlüyü barədə fərmanı dərhal ləğv etməkdir, birinci iş budur. İkincisi, Slovakiya və Macarıstanın himayəsi altında danışıqlar qrupları yaratmaqdır", - o bildirib.

Politoloq qeyd edib ki, bu, atəşkəs razılaşmasına nail olmaq üçün lazımdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru