HİPOTETİK SSENARİ: Şimali Koreya ilə müharibə DÜNYANI ÇÖKDÜRƏCƏK

29-07-2024, 11:42           
HİPOTETİK SSENARİ:
Koreya yarımadasında tammiqyaslı münaqişə ilk ildə dünya iqtisadiyyatına 4 trilyon dollar və ya ÜDM-in 3,9%-nə başa gələ bilər ki, bu da Rusiya ilə münaqişədən Ukraynaya vurduğu xərcdən iki dəfə artıqdır.

Publika.az xəbər verir ki, hipotetik ssenarinin bu cür təxminlərini "Bloomberg" təqdim edib .

Agentlik yazır ki, Şimali və Cənubi Koreya arasında tammiqyaslı müharibə ehtimalı çox azdır, lakin sıfıra bərabər deyil.

"Bloomberg" analitikləri deyirlər ki, Şimali Koreyanın Rusiya ilə Soyuq Müharibə dövründəki tərəfdaşlığının canlanması və ölkələr arasında yeni müdafiə paktı artıq Ukrayna münaqişəsi və Çinin Tayvana təhdidləri ilə sarsılan dünyaya daha bir risk əlavə edib .

Məqalədə Seulun Şimali Koreya artilleriyasının əhatə dairəsində olduğu bildirilir. Burada təxminən 26 milyon insan yaşayır. Paytaxt və ətraf rayonlar Cənubi Koreyanın çip istehsalının 81%-ni və ümumi sənaye məhsulunun 34%-ni təşkil edir. Bu mallar Çin, Yaponiya , Avropa və ABŞ-a göndərilir .

Cənubi Koreyanın elektronika ixracı dayandırılarsa, o, dünya iqtisadiyyatına şok dalğaları göndərəcək, çünki bütün dünyada fabriklərdə istifadə olunan bütün elektron komponentlərin 4%-ni və yaddaş çiplərinin təxminən 40%-ni istehsal edir. 2022-ci ildə yarımkeçiricilərdən əsas xammal kimi istifadə edən elektronika və avtomobil kimi sektorlar Tayvanın ÜDM-nin 30%-ni, Çinin 11%-ni və Yaponiyanın 8%-ni təşkil edib.

Cənubi Koreyanın nüvə məsələləri üzrə xüsusi nümayəndəsi Vi Sung Lak bildirib ki, yaxın illərdə Koreya yarımadasında toqquşma ehtimalı təxminən 30% təşkil edir və istənilən toqquşma daha böyük münaqişəyə çevrilə bilər.

“Mən bunu Sovet İttifaqının dağılmasından bəri ən ciddi vəziyyət adlandırardım”, - o deyib.

Hüseyn İbadlı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru