İsrail Ərdoğanı Səddam Hüseynin taleyi ilə HƏDƏLƏDİ - FOTO

29-07-2024, 10:12           
İsrail Ərdoğanı Səddam Hüseynin taleyi ilə HƏDƏLƏDİ - FOTO
İsrailin xarici işlər naziri İsrael Katz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 1979-2003-cü illərdə İraqa rəhbərlik etmiş və 2006-cı ildə edam edilən Səddam Hüseynin taleyi ilə üzləşə biləcəyi ilə hədələyib.

Publika.az xəbər verir ki, nazir bunu Türkiyənin İsrailə hərbi müdaxilə ehtimalı ilə bağlı Ərdoğanın son açıqlamalarına cavab olaraq bildirib.

"Ərdoğan Səddam Hüseynin yolu ilə gedir və İsraili hücumla hədələyir. Biz ona bunun necə bitəcəyini xatırladırıq", - nazir qeyd edib.

O, sosial media paylaşımına bir tərəfdə günəş eynəyi və şərf taxmış Ərdoğanın Fələstin və Türkiyə bayraqlarının rənglərini, digər tərəfində isə uzun saqqallı və dağınıq saçlı Səddam Hüseynin 2003-ci ildə amerika hərbçiləri tərəfindən tutulmasından qısa müddət sonra çəkilmiş fotosu ilə hazırlanmış kolajı əlavə edib.
https://twitter.com/Israel_katz/status/1817655907343597720?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1817655907343597720%7Ctwgr%5Ef6dd3af3d31c2576fc9ebc833132549bba0f5880%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fpublika.az%2F Xatırladaq ki, iyulun 28-də Ərdoğan Türkiyənin Liviyada olduğu kimi İsraili də girə biləcəyini deyib və əlavə edib ki, ölkə bunun üçün güclü olmalıdırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru