Pezeşkian: Xamenei İrana ABŞ investisiyalarının yatırılmasına qarşı deyil

10-04-2025, 09:24           
Pezeşkian: Xamenei İrana ABŞ investisiyalarının yatırılmasına qarşı deyil
İranın dini lideri Əli Xamenei Tehran və Vaşinqton arasında planlaşdırılan danışıqların uğurlu olacağı təqdirdə İrana birbaşa ABŞ investisiyalarına müsbət yanaşır.

“Associated Press” xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.

“İranın Ali lideri ayətullah Əli Xamenei ABŞ-nin İrana investisiya yatırmasına etiraz etmir. Amerikalı investorlar, gəlin və investisiya yatırın”, – o qeyd edib.

M.Pezeşkianın fikrincə, belə bir təklif ABŞ Prezidenti Donald Trampı maraqlandıra bilər. O vurğulayıb ki, Tehran nüvə silahı yaratmağa çalışmır, ölkənin nüvə proqramı sülhməramlı və elmi xarakter daşıyır.

“Biz nüvə bombası yaratmağa çalışmırıq. Siz (Qərbdə) bunu artıq 100 dəfə yoxlamısınız. Bunu daha 1000 dəfə də edə bilərsiniz”, – o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru