Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatdı-FOTO
Bu gün, 00:01
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri aprelin 12-də başa çatıb.
Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər yola salıblar.