Tramp Zelenskinin Krımdan imtina etmək niyyətindən danışıb
28-04-2025, 09:59
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Volodimir Zelenski Krımın Ukraynaya qaytarılması tələbindən əl çəkə bilər.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, ABŞ lideri bu barədə Morristaun (Nyu-Cersi ştatı) şəhərinin hava limanında jurnalistlərə verdiyi açıqlamada söyləyib.
"Güman edirəm ki, bəli, o bunu etməyə hazırdır", - deyə D.Tramp vurğulayıb.
Fikrinin davamında ABŞ prezidenti bildirib ki, Volodimir Zelenski onunla görüş zaman özünü sakit aparıb və sövdələşməyə hazır olduğunu bildirib:
"Gördüm ki, o, daha sakitdir. Məncə, o, nə baş verdiyini anlayır və saziş bağlamaq istəyir".
Qeyd edək ki, D.Tramp aprelin 26-da Vatikanda Papa Fransiskin dəfn mərasimində iştirak edib. O, səfər çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüş keçirib.