Rusiyadan Karaapetyana 300 milyon dollar dəstək gəlir – “Aykakan Jamanak”

17-01-2017, 14:08           
Rusiyadan Karaapetyana 300 milyon dollar dəstək gəlir – “Aykakan Jamanak”
Ermənistan hökuməti ümid edir ki, bu il ölkəyə Ermənistana Rusiya tərəfindən ən azı 300 milyon dollarlıq sərmayə qoyulacaq. Sərmayənin hansı sahələrə qoyulacağı isə məlum deyil.
Avropa.info xəbər verir ki, bu barədə “Aykakan Jamanak” qəzeti yazıb. Qəzetin istinadə etdiyi mənbənin bildirdiyinə görə, qərar Kreml tərəfindən Karen Karapetyan hökumətinə dəstək kimi qəbul edilib. Məhz bu kömək nəticəsində Karapetyanın etibarı ictimaiyyət gözündə möhkəmlənəcək.
“Qeyd etmək lazımdır ki, iqtisadiyyatda 300 milyon dollar elə də böyük məbləğ deyil. Lakin nəzərə alsaq ki, 2016-cı ildə ölkəyə gələn xarici investisiyaların məbləği bu rəqəmin heç yarısını təşkil etməyib, demək olar ki, bu sərmayə özünü ciddi şəkildə göstərəcək və məqsədinə çatacaq” – “Aykakan Jmanak” belə yazır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.