İcra başçısı ilə jurnalistin məhkəmə davası sərhədi aşdı –İş Avropa Məhkəməsinin icraatına götürüldü

28-05-2017, 09:40           
İcra başçısı ilə jurnalistin məhkəmə davası sərhədi aşdı –İş Avropa Məhkəməsinin icraatına götürüldü
"Cenubnews" internet portalının baş redaktoru Mirələm Həşimovla Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun arasında iki ildir davam edən məhkəmə çəkişməsi ilə bağlı iş Avropa Məhkəməsində icraata götürülüb.

Bu barədə jurnalistin vəkili Cavad Cavadov Musavat.com-a bildirib.

Jurnalistin vəkili Cavad Cavadov əlavə edib ki, sona qədər Ali Məhkəmənin aşağı məhkəmə instansiyasının qətnaməsini ləğv edəcəyinə inanıblar:

"Hətta mən çıxışımda onlara müraciət edib bu işin Avropa Məhkəməsinə getməsinə imkan verilməməsini və ədalətin burdakı məhkəmə zalında bərpa olunmasını istəmişdim. Ölkə daxili vasitələri tükəndirdkdən sonra Avropa Məhkəməsinə müraciət etdik və artıq ərizəmiz qeydiyyata qəbul olunaraq, ona iş nömrəsi verilib. Biz bunu istəməzdik, amma görünür, məmurlar və hakimlər bunu şüurlu şəkildə arzu edirlər”.

Xatırladaq ki, icra başçısı internet portalında getmiş tənqidi məqalələrlə bağlı baş redaktora qarşı rayon məhkəməsində şərəf, ləyaqət və işgüzar nüfuza ləkə gətirən böhtan xarakterli məlumatların təkzib edilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdi.

Rayon məhkəməsi də məqalələrə görə üzr istəməklə təkzib vermə vəzifəsini portalın üzərinə qoymuş və dəymiş mənəvi ziyana görə 2000 manatın M.Həşimovdan tutulmasını qət etmişdi. Apellyasiya Məhkəməsi mənəvi zərəri 500 manata endirilməklə, qətnaməni dəyişdirilmədən qüvvədə saxlayıb. Sonuncu instansiya olan Ali Məhkəmə də bu qətnaməni dəyişdirmədən qüvvədə saxlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.