Savçenkodan oliqarxlara zərbə: Yeni hakimiyyət modeli

17-08-2017, 09:36           

Ukrayna XVII əsrdə mövcud olmuş hakimiyyət modelinə – hetmanlığa uyğun şəkildə idarə olunmalı, ölkədə siyasi partiyalar mövcud olmamalıdır.

Axar.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Nadejda Savçenko danışıb.

“Ukraynada siyasi partiyalar mövcud olmamalıdır, çünki partiyalar ölkənin siyasi elitasını təmsil etmir. Mən siyasi partiya deyil, daha çox ictimai təşkilatların nümayəndələrinin toplaşdığı Ukraynanın ümumi konsepsiyasını və inkişaf yolunu hazırlayan dəyirmi masa yaratmışam. Biz həmçinin Ukraynanın partiyalarsız mövcudluğunu əyani şəkildə göstərə biləcək layihə hazırlamışıq”, - Savçenko deyib.

Qeyd edək ki, ötən ay Ukrayna Ədliyyə Nazirliyi tərəfindən “Nadejda Savçenkonun ictimai-siyasi platforması” adlı yeni partiya qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru