"Rusiyanın hərbi-texniki əməkdaşlığına dair açıqlamalarından aydın olur ki, Ermənistan tezliklə Su-30SM döyüş təyyarələri, Azərbaycan Su-35 və Türkiyə-Su-57 təyyarələri alacaq".
24-06-2018, 14:58
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni hərbi ekspert Hrant Melik-Şahanzaryan bildirib.
"Rusiyanın hərbi-texniki əməkdaşlığına dair açıqlamalarından aydın olur ki, Ermənistan tezliklə Su-30SM döyüş təyyarələri, Azərbaycan Su-35 və Türkiyə-Su-57 təyyarələri alacaq".
Onun sözlərinə görə, döyüş təyyarələrinin alınması ilə bağlı hələlik dəqiq rəsmi məlumat yoxdur, vaxt məsələsidir və bu məsələni həll etmək üçün uzun müddət tələb olunur.
Jurnalistin "Rusiya bir daha Ermənistanı və Azərbaycanı silahlandırmaqla bu yolla hərbi balansı təmin etməyə çalışırmı" sualına Şahnazaryan bu şəkildə cavab verib: "Bu, bir tarazlıq məsələsi deyil, Rusiya silah satışı işi ilə məşğuldur və silahlarını satır. Öz ordusu üçün yeni və müasir silah yaratmağa çalışır. Rusiyanın bu addımlarla həll etməyə çalışdığı problem çox məntiqli və başa düşüləndir. Rusiya öz problemlərini həll edir".
Hər iki tərəf üçün ilk növbədə qırıcıları kimin alacağı vacibdirmi və ya bu ikinci dərəcəli məsələ olub-olmadığı sualına toxunan, Hrant Melik-Şahnazaryan bunun ikinci dərəcəli məsələ olmadığını vurğulayıb.
"Müharibənin nə zaman başlayacağını proqnozlaşdırmaq çətindir və bir prioritet problem yarana bilər. Ancaq bu mərhələdə Rusiyanı daha əlverişli şərtlər verəcəyinə razı edə biləcək kim olacaq və ya kimin olacağını görmək qeyri-realdır", - deyə o bildirib.
Şahnazaryan Su-30SM, Su-35 qırıcılarının olduqca güclü və təsirli olduğunu, istənilən döyüş əməliyyatında vəziyyətin dəyişə biləcəyinə qadir olduğunu qeyd edib.
"Təbii ki, tərəflər qırıcıları hərbi parada görə əldə etmirlər. Əlbəttə ki, müharibəyə hazırlaşırlar. Bununla yanaşı, münaqişə tərəfləri hərbi imkanlarını gücləndirməkdə davam edir, gələcəkdə bəzi problemləri həll etmək üçün müasir silah əldə etmək məqsədilə əllərindən gələni etməyə çalışırlar", - deyə Şahnazaryan qeyd edib.