Köçəryanın siyasətə yolu bağlandı

22-08-2018, 23:17           
Köçəryanın siyasətə yolu bağlandı
“Eks-prezident Robert Köçəryanın Ermənistan siyasətində geriyə yolu yoxdur. Yəqin xatırlayırsınız, mən Serj Sərkisyanla görüşümdə dedim ki, o, vəziyyəti düzgün qiymətləndirmir. Növbəti baş nazir seçkilərində də Ermənistanın Respublikaçılar Partiyası Robert Köçəryanın xeyrinə səs verməyəcək”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.



Paşinyan bildirib ki, Respublikaçılar Partiyası və onun rəhbərliyinin belə bir inamsız addım atması inandırıcı deyil: “Heç bir təşəbbüsə ehtiyac yoxdur. Sadəcə insanlarla söhbət edib vəziyyəti real qiymətləndirmək lazımdır".



Qeyd edək ki, Robert Köçəryan Ermənistandakı siyasi vəziyyətin onu yenidən hakimiyyətə qayıtmağa sövq etdiyini bildirmişdi.(Modern.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.