Rusiya üçün DAHA BİR ŞOK - 50 il əvvəlki hadisəyə görə cavab verəcək
23-08-2018, 09:34
Çexiya parlamenti 1968-ci ildə SSRİ qoşunlarının ölkəyə daxil olmasını “müdaxilə aktı” adlandırıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, qətnaməni iclasda iştirak edən 156 deputatdan 145-i dəstəkləyib.
Parlamentin 3 kommunist üzvü olmaqla digərləri birətəf qalıb.
Qeyd edək ki, Varşava Müqaviləsi Təşkilatının ölkələrinin qoşunları Çexoslavakiyaya 50 il əvvəl girib. Müdaxilə “Praqa baharı”na - mövcud quruluşun və liberal islahatların demokratikləşdirilməsinə son qoyub.
Daha əvvəl isə Estoniya və Latviyanın ədliyyə nazirləri bildiriblər ki, onlar işğala görə Sovet İttifaqının varisi kimi Rusiya Federasiyasının əvəz ödəməsini tələb etmək imkanlarını öyrənirlər. Bu memorandumla nazirlər Urmas Reynsalu və Dzintars Raznaçs iki ölkənin müstəqilliyinin 100 illiyi münasibətilə keçirilən iclasdan sonra çıxış ediblər.
Sənəddə deyilir ki, Estoniya və Latviya əməkdaşlıq, tarixi irsin əbədiləşdirilməsi, təhlükəsizlik, demokratiya və hüquqi dövlət prinsiplərini təmin etmək məsələsinə dəyər verir. Bununla əlaqədar nazirlər sovet işğalına qarşı mübarizə simvollarının xatirəsinin qorunub saxlanılması və Sovet İttifaqının hüquqi varisi kimi Rusiya Federasiyasından dəymiş ziyanın ödənilməsi barədə tələb irəli sürmək imkanlarını öyrənməyi vacib sayırlar.