«Kristal CF» MMC halala haram qatır - ŞİKAYƏT VAR
11-05-2016, 19:16
Etiraf etmək lazımdır ki, ölkədə sahibkarlara, iş adamlarına münbit şərait yaradıldıqca bəzi işbazlar bundan öz şəxsi maraqları naminə istifadə etməyə, asan yolla daha çox gəlir əldə etmək üçün istehlakçılara kələk gəlməyə, keyfiyyətsiz məhsulları dəyərindən bir neçə dəfə baha qiymətə satmağa, bir sözlə fırıldaqçılıqla məşğul olmağa başlayıblar. Düzdür, onların əməlləri müvafiq dövlət qurumları tərəfindən ifşa olunsa da, təəssüf ki, bu cür şirkətlər hələ də qalmaqdadır. Misal kimi, paytaxtın Nizami rayonu, B.Çobanzadə küçəsi, 32B ünvanında fəaliyyət göstərən «Kristal CF» MMC-ni göstərmək olar. Beləliklə, adıçəkilən MMC-nin rəhbərinin Cəfər adlı şəxs olduğunu bildirən mənbənin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, bir müddət əvvəl İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən «Kristal CF» MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə haqsız rəqabətə səbəb olan pivələrin istehsal edildiyi müəyyən olunub. Verilən məlumata görə, yoxlama zamanı MMC-nin istehsal etdiyi pivə qablarının ön tərəfində məlumatların istehlakçılarda həmin məhsulların xaricdə istehsal olunması barədə yanlış təəssürat yaradan formada - yalnız xarici dildə verildiyi, həmçinin məhsulun qida və enerji dəyəri, saxlanılma temperaturu barədə düzgün olmayan məlumatların göstərildiyi aşkar edilib. Bundan başqa, müəssisədə pivənin Çexiya istehsalı olan açıq rəngli arpa səmənisindən istehsal edilmədiyi halda, etiketində məhsulun bu arpadan istehsal edildiyi barədə istehlakçılara yanlış məlumatların verildiyi müəyyənləşdirilib. Məhz elə bu səbəbdən də yol verilən qanun pozuntusu ilə əlaqədar Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Cəfər müəllimin sahibi olduğu «Kristal CF» MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Əldə etdiyimiz bilgilərdə həmçinin, o da qeyd olunur ki, pivə ilə yanaşı, ət və ət məhsulları, əsasən də sosiska və kolbasa istehsalı ilə məşğul olan «Kristal CF» MMC-nin törətdiyi əməllər, yol verdiyi kobud nöqsanlar bununla bitmir. Belə ki, məlumatlı şəxsin sözlərinə görə, bir müddət əvvəl, Cəfər müəllimin sahibi olduğu şirkətin istehsal etdiyi və üzərində «halal» sözü yazılmış kolbasadan donuz piyi çıxıb: «Kristal CF» MMC-nin istehsal etdiyi sosiska və kolbasalar bu gün şəhərin müxtəlif mağazalarında, o cümlədən böyük supermarketlərdə istehlakçılara təqdim olunsa da, şirkətin məhsullarının keyfiyyəti standartlara cavab vermir. Belə ki, bir müddət öncə, üzərində «halal» sözü yazılmış kolbasadan donuz əti və piyi çıxıb. Hadisə paytaxtın 8-ci kilometr qəsəbəsi ərazisində yerləşən «Araz» supermarketlər şəbəkəsində qeydə alınıb. Bundan başqa, bu yaxınlarda «Halal» etiketindən istifadə edərək markalanmış «Kristal CF» əmtəə nişanlı «Baranina» kolbasasının tərkibində donuz əti və piyi aşkar edilib. Bu isə onu deməyə əsas verir ki, Cəfər müəllimin sahibi olduğu «Kristal CF» MMC halala haram qatır. Hələ bu, harasıdır. Deyilənlərə görə, istehlakçılara leş əti yedizdirən, insan həyatı üçün təhlükəli olan pivələr təqdim edən şirkətin sahibi əlilin torpağını zəbt etməkdən belə, çəkinməyib. Lakin bu qədər qanunsuz əməl törətməsinə rəğmən, hələ də Cəfər müəllim barəsində heç bir ölçü götürülməyib». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.