25 saylı TSEK-də ruhi xəstəni komissiyadan keçirmirlər

7-06-2016, 10:08           
25 saylı TSEK-də ruhi xəstəni komissiyadan keçirmirlər
Şaib Mahmudov: «Pul vermədiyimiz üçün Elnarə Paşayeva bizi Maştağaya göndərir»

Gəncə şəhər 25 saylı Tibbi Sosial Ekspertiza Komissiyasında (TSEk) bibarıçı vəziyyət yaşanır. JAM.AZ-a verilən məlumata görə, komissiyanın sədri Elnarə Paşayeva yalnız komissiya gününə qədər onu «görmüş» şəxsləri qeydiyyatdan keçirib, sənəd verir. Digərlərini isə minbir bəhanə ilə yola salmaqla məşğul olur.
Bu barədə JAM.AZ-a açıqlama verən Şaib Mahmudov qeyd edir ki, 25 saylı TSEK-in sədri Elnarə Paşayeva onun qardaşı oğlunu da komissiyadan keçirməkdən imtina edib. Onun sözlərinə görə, ruhi xəstə olan qardaşı oğlu Arif Mahmudovu bu gün keçirilən komissiyaya salıb, lakin orada bildiriblər ki, uşağı Maştağadakı Ruhi-Əsəb Dispanserinə aparmalıdırlar.
Şaib Mahmudov deyir ki, 25 saylı TSEK-in sədrinin bu hərəkəti tamamlə qanunsuzdur. «Onlar bizdən pul istəyirlər. Bu gün komissiyanın iclasında açıq şəkildə dedim ki, pul vermədiyimiz üçün bizi belə süründürməçiliyə məruz qoymusunuz. Pul verənlərə xəstə olmasalar belə sənəd verirlər. Bizim kimi kasıbları isə qapıdan qovurlar».
Gəncə sakini JAM.AZ-a onu da bildirib ki, artıq 4-cü dəfədir komissiyadan keçmək üçün müraciət edirlər. «Lakin hər dəfəsində bir bəhanə gətirirlər. Bu uşaq ruhi xəstədir, buna sənəd vermək niyə çətin olsun ki? Hər şey göz qabağındadır. Bu adamların Allahı yoxdur. Belə zülm edərlər?»
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.