DİQQƏT! Mənzilini sığortalamayanlar CƏRİMƏLƏNƏCƏK?

10-04-2025, 12:14           
DİQQƏT! Mənzilini sığortalamayanlar CƏRİMƏLƏNƏCƏK?
Bildiyiniz kimi sığortanın bir neçə növü var. Sığorta fərdi və ya hüquqi şəxslərin qarşılaya biləcəyi gözlənilməz risklərə qarşı maddi zərərin ödənilməsini təmin edən maliyyə vasitəsidir. Sığorta sistemi, insanların sağlamlıq, əmlak, avtomobil, həyat və digər sahələrdə qarşılaya biləcəyi zərərlərin təsirini minimuma endirmək məqsədi daşıyır. Sığorta müqaviləsi çərçivəsində, sığortalı şəxs müəyyən bir məbləğ ödəyir və əvəzində, müəyyən risk baş verdikdə sığorta şirkəti ona maddi yardım təmin edir.

Sığorta həm fərdlərin, həm də cəmiyyətin iqtisadi sabitliyini qorumağa kömək edir. Müasir dövrdə sığorta sektoru iqtisadiyyatın mühüm sahələrindən birinə çevrilmiş və insanların həyatında vacib rol oynayır. Sığortanın müxtəlif növlərinin olduğunu qeyd etmişik. Onlardan biridə mənzil sığortasıdır. Mənzil sığortası nədir və hansı məqsədlə istifadə olunur? Sözügedən sığorta müqaviləsi bağlayarkən nələrə diqqət etmək lazımdır?

Mövzuyla bağlı ekspert Emil Ağabağırov REFERANS-ın suallarını cavablandırıb. Emil Ağabağırov saytımıza açıqlamasında bildirib ki, mənzillərin icbari sığortası daşınmaz əmlakın icbari sığortasıdır. Bu sığorta növü 2011-ci ildən etibarən icbari sığortalar qanununa əsasən icbari hesab edilir. Hər bir mənzil sahibi istər fərdi yaşayış evləri olsun, bağ evləri olsun, mənzillər olsun icbari qaydada sığortaya alınmalıdır. Bunun üçün tikilinin yəni mənzilin hər hansı bir sənədi olması mütləqdir. Daha sonra mülküyyətçinin şəxsiyyət vəsiqəsi tələb olunur. Qeyd etmək lazımdır ki, mülkiyyətçi hüquqi şəxsdirsə şəxsiyyət vəsiqəsinin yerinə vöün tələb olunur.

Ekspert diqqətə çatdırıb ki, daşınmaz əmlakın icbari sığorta növü yanğın, partlayış, su basma və təbii fəlakətlər nəticəsində mənzillərə dəymiş zərəri qarşılayır. Bu zərərin qarşılanması isə şəhər və rayonlar üzrə fərqlidir. Bakı şəhəri üzrə 50 manatdır və 25000 manat təminat verilir. Gəncə, Naxçıvan və Sumqayıt şəhərləri üzrə illik 40 manatdır, 20000 manat təminat verilir. Digər şəhər və rayonlarda isə vətəndaş 30 manat ödəməklə 15000 manat təminat əldə edir.

"Bunun üçün artıq bütün insanlar mənzillərini rahat şəkildə sığortalaya bilərlər bu illikdir və qeyd olunan risklərdən təminat verilir. Burada yalnız ikiliyə təminat verilir yəni, daşınar əmlaklar daşınmaz əmlakın icbari sığorta növü üzrə təminata daxil deyil. Yəni daşınmaz əmlakın icbari sığorta növünü əldə edən vətəndaş yalnız tikiliyə yəni mənzillərin təmirinə, konstruktiv elementlərinə təminat almış olur və qeyd edilən risklərdən sığortallanmış olur" deyə , - Emil Ağabağırov əlavə edib.

Qeyd edək ki, İcbari sığorta haqqında 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun 35.2. maddəsinə əsasən hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. Dövlət qeydiyatına alınmış daşınmaz əmlak dedikdə, qarajlar, mağazalar, evlər, mənzillər və sair dövlət qeydìyyatına alınmış (“kupça”sı olan) obyektlər nəzərdə tutulur. “Kupça”sı olmayanlara sığorta məcburi deyil.

Ləman Xalıqova

Referans












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.