Əmək münasibətlərində əməyin mühafizəsi xidmətləri aşağıdakı qaydada tənzimlənir
Bu gün, 09:24

Əmək münasibətlərində əməyin mühafizəsi xidmətləri aşağıdakı qaydada tənzimlənir:
1. Əməyin mühafizəsi işinin təşkili və əməyin mühafizəsi üzrə qanunvericiliyin tələblərinə- əməl edilməsinə nəzarətin həyata keçirmək üçün - iqtisadiyyatın bütün müəssisələrində işçilərin sayı 50 nəfərdən çox olarsa, əməyin mühafizəsi xidmətləri yaradılmalıdır.
2. Əməyin mühafizəsi xidmətinin tərkibinə: əmək qanunvericiliyini, əməyin mühafizəsi normalarını mükəmməl bilən mütəxəssislər daxil edilir.
3. İşçilərinin sayı 50 nəfərdən çox olan idarə və ya müəssisələrdə əməyin mühafizəsi üzrə - mühəndis vəzifəsi, işçilərinin sayı beş yüz nəfərdən artıq olduqda isə müəssisə rəhbərinin (baş mühəndisinin) əməyin mühafizəsi üzrə müavini vəzifəsi təsis edilir. Min nəfərdən çox işçinin çalışdığı idarə və müəssisələrdə sənaye-sanitariyalaboratoriya təşkil olunur, habelə əməyin gigiyenası üzrə həkim vəzifəsi təsis edilir.
4. Əməyin mühafizəsi xidmətinin mütəxəssislərinin əsas vəzifələri əməyin mühafizəsi qaydalarına və normalarına əməl olunmasına nəzarət etmək, aşkara çıxarılmış pozuntuların aradan qaldırılması barədə vəzifəli şəxslərə icrası məcburi olan göstərişlər vermək, habelə əməyin mühafizəsi haqqında qanunvericiliyi pozan şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə işəgötürənə təqdimatlar vermək hüququna malikdirlər.
5. Əməyin mühafizəsi xidmətinin rəhbərləri və mütəxəssisləri öz vəzifələrinə aid olmayan işlərin yerinə yetirilməsinə cəlb edilə bilməzlər və vəzifə borclarını düzgün və keyfiyyətli yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
6. İşəgötürən əməyin mühafizəsi xidmətini yalnız əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın razılığı ilə yenidən təşkil və ya ləğv edə bilər.
Azer Quliyev