Ukraynanın ən çox ət satdığı ölkələr - Azərbaycan siyahıda 5-cidir

2-03-2018, 01:03           
Ukraynanın ən çox ət satdığı ölkələr - Azərbaycan siyahıda 5-cidir
2017-ci ildə Ukraynadan Azərbaycana ət ixracı 2,7 dəfə artaraq 37,8 milyon dollar təşkil edib.

BakuPost-un Trend-ə istinadən məlumatına görə, bunu "Aqrar İqtisadiyyat İnstitutu" Milli Elmi Mərkəzinin direktoru, Ukrayna Milli Aqrar Elmlər Akademiyasının müxbir üzvü Nikolay Puqaçev deyib.

O qeyd edib ki, hesabat dövründə Azərbaycan Ukraynadan ət məhsullarının idxalı üzrə beşliyə daxil olub.

İlk yerdə Niderland (80,5 milyon dollar), ikinci - Misir (69,4 milyon dollar), üçüncü - İraq (51,2 milyon dollar), dördüncü sırada isə Belarus (49,6 milyon dollar) qərarlaşıb.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, Azərbaycanla Ukrayna arasında əmtəə dövriyyəsi ötən il 810 milyon dollar təşkil edib. Bunun yarıdan çoxu Ukrayna məhsullarının Azərbaycana idxalının payına düşür - 460 milyon dollar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru