“Bakı Bus” sürücüsünə qarşı cinayət işi açıldı

2-03-2018, 14:06           

Ötən gün saat 10 radələrində Nəsimi rayonu ərazisində baş verən qəzada dünyasını dəyişən qadının şəxsiyyəti məlum olub.

Unikal.org-a DİN-dən verilən məlumata görə, Bakı şəhər sakini Qasım Abdullayev idarə etdiyi "İveco” markalı avtobusla yolu keçən paytaxt sakini Həqiqət Bayramovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Qəza yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinələrə başlayıblar. Hadisəni törədən sürücü istintaqa cəlb olunub və izahatının alınması üçün Nəsimi RPİ-nə aparılıb. Faktla bağlı istintaq şöbəsində cinayət məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin balansında olan Bus MMC-nin 3 nömrəli avtobusu "Koroğlu” parkı ərazisi yolu keçmək istəyən qadını vurub. Xəsarət alan şəxs hadisə yerindəcə keçinib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru