İsa Qəmbər insult keçirib

2-03-2018, 19:11           
İsa Qəmbər insult keçirib

"Musavat" partiyasının keçmiş başqanı İsa Qəmbər hemorragik insult keçirib və onun beyninə qan sızıb. Gundeminfo.az xəbər verir ki, bu barədə virtualaz.org-a Səhiyyə Nazirliyindəki mənbələrdən bildirilib.

Bakı həkimlərinin müşayiəti ilə İsa Qəmbər Ankara klinikalarından birinə müalicəyə göndərilib. Xatırladaq ki, bir müddət əvvəl İsa Qəmbərin səhhətində problemlər yaranmış və o, Mərkəzi klinik Xəstəxanaya yerləşdirilmişdi. Onun həkiminin sözlərinə görə, İsa Qəmbər infarkt keçirmişdi. Onun ürəyinə bir neçə stent qoyulmuşdu. İ.Qəmbər fevralın 23-də yenidən Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru