Dərman inhisarçıları hökumətə təzyiqləri başlatdı
4-09-2015, 20:27
Bir sıra əczaçılıq şirkətləri Azərbaycana dərman preparatları ixracını dayandırıb.
Bu barədə “Sputnik” agentliyinə yerli əczaçılıq nəhənglərindən birinin rəhbəri Fərid Həsənov məlumat verib.
F.Həsənov deyib ki, Azərbaycan apteklərində dərman qıtlığı manatın devalvasiyasından sonra yaranıb: “Bir ay əvvəl isə anbarlardakı dərman ehtiyatları qurtarandan, ixracatçılar isə köhnə qiymətlər əsasında bağlanmış müqavilələr üzrə mal göndərməyi ləngitməyə başlayandan sonra problem daha da kəskinləşdi. Bu gün isə vəziyyət belədir ki, bir sıra farmakologiya nəhəngləri Azərbaycana mal göndərməyi ümumiyyətlə dayandırıblar”.
F.Həsənovun sözlərinə görə, idxalatçılar və aptek müdirləri bildirirlər ki, bu cür defisitin yaranması hökumətin bu yaxınlarda verdiyi qərarla bağlıdır. Hökumət qiymətlərin süni şəkildə qaldırılmasının qarşısını almaq üçün əczaçıların preparatlara qiymət qoymasını məhdudlaşdırıb. Buna görə də dərman satışı onlar üçün əlverişli deyil.
“Doğrudan da hökumətin tələb etdiyi kimi, dərmanın üstünə azacıq pul qoyub satmaq sərfəli deyil”- deyə F.Həsənov bildirib.