Ödənməyən kreditlər 1,3 milyarda çatdı

5-09-2015, 23:08           
Ödənməyən kreditlər 1,3 milyarda çatdı
31 iyul 2015-ci il tarixinə banklarda ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 294,8 milyon manat təşkil edib.

Mərkəzi Bank bildirir ki, İyul ayında ödəmə vaxtı keçmiş kreditlər 43,9 milyon manat və ya 3.3% azalıb. Belə ki, İyun ayının sonunda ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 mlyard 338,7 milyon manat idi.

Ödəmə vaxtı keçmiş kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 6.6%-dən 6.4%-ə düşüb.

İyul ayında kredit təşkilatlarının cəmi kredit qoyuluşları 101 milyon manat azalaraq İyun ayının sonundakı 20 milyard 288,5 milyon manatdan 20 milyard 187,5 milyon manata düşüb. Eyni dövrdə ev təsərrüfatlarına verilən kreditlər 7 milyard 884,6 milyon manatdan 7 milyard 769,9 milyon manata geriləyib.

marja.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.