Qarabağ qaziləri baş nazirə müraciət etdi

7-09-2015, 16:26           
 Qarabağ qaziləri baş nazirə müraciət etdi
“Qarabağ Qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birlikləri Azərbaycan Respublikasının Baş naziri Artur Rəsizadəyə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini cənab Əli Həsənova, Əmək və Əhalinin sosial Müdafiəsi naziri Səlim Müslümova müraciət ediblər. QAZİLER.AZ saytı xəbər verir ki, bu barədə hər iki təşkilatın birgə açıqlaması yayılıb. Açıqlamada deyilir:

“Biz - “Qarabağ Qaziləri” və “Vətən Müharibəsi Əlilləri” İctimai Birlikləri olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanaraq sağlamlığını itirmiş müharibə əlillərinin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması və hüquqlarının müdafiəsi ilə məşğul oluruq. Uzun illər davamlı fəaliyyətimiz nəticəsində birliklərimizin ətrafında minlərlə müharibə əlilləri toplanmış və öz problemlərini bizə deməklə köməklik göstərməyimizi xahiş etməkdədirlər. Daxil olan çoxlu sayda müraciətlərdən məlum olmuşdur ki, ölkəmizdə bu qəbildən olan insanların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı çoxlu işlər görülməsinə baxmayaraq, bir sıra ciddi problemlərdə qalmaqdadır.

Müharibə əlillərini təmsil edən ictimai birliklər olaraq bizi narahat edən bir sıra mühüm problemləri hər üç səlahiyyətli şəxslə müzakirə etmək üçün onlardan bizi qəbul etmələrini xahiş etmişik. İnanırıq ki, hər üç şəxs bizi dinləmək üçün müraciətimizə müsbət cavab verəcək və onlarla bu problemlərin həllinə səbəb olacaq faydalı müzakirə aparacağıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.