Sabirabadda adamın xəstələnməyi də gəlmir... - Baş həkim baş problem rolunda...
7-09-2015, 16:33
Sabirabaddan GUNXEBER.COM-a daxil olan məlumata görə, rayon Səhiyyə İdarəsi ciddi problemlər içində itib batır. Baş həkim Əziz Mikaylov səhiyyə idarəsini şəxsi oyektinə çevirib. Hər il dövlət büdcəsindən Sabirabad xəstəxanasına dava-dərman, sarğı və digər pereparatların alınması üçün 250-300 min manat vəsait ayrılır. Baş həkim və ətrafı həmin dava dərmanı müxtəlif tibb məntəqələrinin adına yazmaqla mənimsəyirlər. Sabirabadda son bir ayda iki ana ölümünün baş verməsi is bir daha onu göstərdiki bu rayonun səhiyyə idarəsi bərbad durumdadır və özünün ən acınacaqlı dövrünü yaşayır. Sabirabad rayon xəstəxanasındakı özəl mənbəmizin GÜNXEBER.COM.-a verdi i məlumata görə. iyul aynın 25 dən avqust ayının 20 kimi Sabirabad Perinatal Mərkəzində və xəstəxanada iki ana ölümü baş verib.Həmin vətəndaşların biri İmişli rayon sakini digər isə Sabirabad rayonundandır. Əziz Mikayılov və “dəstəsi” an a ölümündə günahı xəstələrdə görərəkhər dəfə məsuliyyətdən qaçmağa çalışırlar. Halbuki məsuliyyətin çox hissəsi məhz səhiyyə idarəsinin həkimlərinin üzərinə düşür. Mənbə bildirir ki, baş verən iki ana ölümünə görə Əziz Mikayılov 10 min manat hesab verib Həmin pulun bir hissəsini ana ölümündə iştirak edən həkimlərdən toplayıb. Yerdə qalan məbləği isə baş həkimlə Perinatal Mərkəzin direktoru ödəyib. Mənbəmiz qeyd edir ki, Əziz Mikayılov və “dəstəsi” ölümlə bağlı minnətçi düşərək şikayətçi olmamaları üçün bir neçə dəfə xahiş ediblər və məsələni bağlamaq üçün prokurorluğa 10 min manat veriblər. Maraqlıdır ki, son 1 ayda Sabirabadda baş verən iki ana ölümü ilə bağlı rəsmi qurumlarda heçbir məlumat yoxdur. Belə ki, bu məsələ ilə bağlı nə Səhiyyə Nazirliyinin saytında , nə də digər saytlarda heç bir məlumat yoxdur. Sadəcə bir neçə saytda iki ana ölümü il bağlı məlumat verildikdən bir neçə saat sonra “müəmmalı” şəkildə silinib. Mənbəmizin dediyinə görə Əziz Mikayılov “dəstəsinə” bildirib ki, mətbuatdakı “gizli” dostu onun problemini həll edib. Heç bir yerdə məlumat getməyəcək. Qeyd edək ki, Sabirabadda doğuş zamanı ölən 2 ananın adı və soyadı mənbəmiz tərəfindən bizə verilib. Ancaq mənbəmizin bu məsələ ilə bağlı verdiyi digər məlumatları araşdırdıqdan sonra oxucularımıza təqdim edəcəyik.
Sabirabad Mərkəzi Xəstəxanasındakı həkim komissiyasının rəhbəri ilə Əziz Mikaylovu hansı ortaq işlr birləşdirir?
Perinatal Mərkəzdə həyata keçirilən maxinasiyalar. Sabirabad təcili tibb məntəqəsindəki “vizv” oyunu Əziz Mikayılov icra başçısının hansı müavinə nə qədər hesab verir?
Bunlarla bağlı növbəti yazılarımızda?