Zərdabın icra başçısının oğlu həbs olundu – ÖZƏL
7-09-2015, 22:40
Məmur balalarının qudurğanlığı bütün əndazələri aşıb. Bu, təkcə Azərbaycanda deyil. Dünyada avtoritar qaydalarla idarə olunan dövlətlərin hər birində oliqarx-məmur uşaqları harınlıq edir. Hətta Azərbaycan prezidentinin məlum müşavirədə məmur övladlarına xəbərdarlığı da nəticə verməyib. Elə son olaraq oliqarx balalarının Bakının aeroport yolunda “250 km/saatlıq hoqqası” başlıqlı yazıda qeyd olunanlar buna misaldır. Məmur balalarının özbaşına hərəkətlərinin davamlı olacağı görünür. Çünki bu günədək xırda istisnalarla heç bir vəzifəli şəxsin övladının qudurğan hərəkətinə görə cəzalandırılmayıb. Bəs niyə məmur balaları qudurğanlıq edir, bunun bir psixoloji izahı varmı? Xalqxeber.Az-a daxil olan məlumata Zərdabın icra başçısı Lütfəli Babayevin oğlu dünən sərxoş vəziyyətdə Mingəçevir polis əməkdaşları tərəfindən həbs olunub. Polis əməkdaşları icra başçısının oğlunu Mingəçevir Məhkəməsinə gətiriblər və icra başçısının oğlu barəsində 15 sutka həbs qəti imkan tədbiri seçilib. Hazırda Lütfəli Babayevin oğlu Mingəçevir polis şöbəsinin müvəqqəti saxlanma təcridxanasındadır. Xalqxeber.Az –
Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!