Xarici şirkət yerli fəhlələrə 100 min manat cərimə ödəyəcək

11-09-2015, 11:11           

“Swift” xarici şirkəti yerli fəhlələrə 100 min manat cərimə ödəyəcək.

Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hüquqşünası Azər Quliyev məlumat verib.

Vəkilin sözlərinə görə, şirkət indiyədək tabeliyində çalışan neftçilərə əlavə ödəniş - dəniz əmsalını ödəməyib. Buna görə də şirkətin 10 əməkdaşı isə əməkhaqqının ödənilməsi tələbi ilə Səbayel Rayon Məhkəməsində iddia qaldırıb.

Məhkəmənin qərarı ilə yerli fəhlələrə ümumilikdə 100 min manat təzminat ödəniləcək. Qeyd edək ki, “Dəniz əmsalının ödənişi Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir. Yalnız dənizdə çalışanlara verilən əlavə ödənişin məbləği minimum əməkhaqqının 75 faizi qədərdir.

Maraqlıdır ki, bu şirkətlə bağlı məlumatlar gizli saxlanılır. Şirkətin rəhbərinin adı belə açıqlanmır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.