Saatlının qara niyyətli qara məmurları

11-09-2015, 16:18           
Saatlının qara niyyətli qara məmurları
Bu rayonda sakinlər qul kimi istismar olunur.

Yalan ayaq açar, ancaq yeriməz. Ataların vaxtilə dediyi bu sözlərlə heç cürə razılaşmaq olmur. Bu fikrimlə bəlkə də çoxları razılaşsa da, amma bəzi ağzı göyçəklər məni qınayacaqlar və deyəcəklər ki, axı niyə ağsaqqalların üzünə ağ olursan. Elə bizim bəlamızda budur. Vəzifə, var-dövlət və gözəl şərait. Buna görə vicdan da atılır, abır-həya da. Bir sözlə pul hər şeydən üstün tutulur. Bəli, yaşadığımız bu günkü cəmiyyətdə yalan nəinki ayaq açır, hətta işıq surətil gedir. Müəllimi qorxaq və saxtakar, həkimi alverçi, dindarı isə vəzir olan bu öləkədə hər şey demək olar ki, yalan üzərində qurulub. Ölkə telekanallara baxmaq yetər ki, vəziyyətin necə iyrənc olunduğunu görəsən. Səhərdən axşamadək beyinləri zəhərləyən həmin bu telekanallar qərəz dolu verilişləri ilə ancaq yalan püskürür. İşsizlik və yoxsulluq kimi problemlərin artıq həll olunduğundan utanıb çəkinmədən danışırlar. Halbuki, aclıq, dilənçilik və səfalət baş alıb gedir. Axırı hara gedəcək bir Allah bilir. Əyalətlərin işıqlandırılmasından, qazlaşdırılmasından nə bilim abadlaşdırılmasından ağız dolu elə danışılır ki, bir anlığa düçünürsən, yəni bu qədər Allahsızlıq, dinsizlik, vicdansızlıq olar? Hansısa bir aryonun bir kəndinin bir küçəsinə qaz xəttinin çəkilməsi həmin sakinlər hələ qazla təchiz olunması demək deyil. Hər kəsə bəllidir ki, işıq, qaz, həmçinin su da olmaqla bu sahələr vətəndaşların əməlli başlıca bəlasına çevrilib. Elə götürək Saatlını. Bu rayonun infrastrukturu tamamilə dağılıb. Qaz, işıq və su təchizatı olduqca bərbad vəziyyətdədir. Hələ bir neçə ilə əvvəl rayonun ümumi qazlaşdırılması ilə bağlı layihə hazırlansa da lakin bu istiqamətdə heç bir addım atılmayıb. Qaz xəttinin çəkilişi vətəndaşların üzərinə atılıb. Bu da əlbəttə ki, baxır imkana. Tək çıxış və sayğacın qurulması nə az, nə də ki, çox duz 500 manatdır. Boruların alınmasının xərcini də vətəndaş özü çəkməlidir. Bu hesabla əlində gərək 1000 manat pulun olsun. Elə fikirləşməyin ki, iş artıq bununla bitdi. Əsla Saatlının Qaz İstismar İdarəsini gəlir mənbəyinə çevirən şəxslər ilin 12 ayını təmir adı ilə qazın verilişini dayandırır. Birdə görürsən ki, bir küçəyə gəlir, başqa küçələrə isə aylarla qaz verilmir. Rayonda kimi dindirsən Qaz İstismar Sahəsinin rəhbər şəxslərini soyğunçuluğundan, oğurluğundan nifrət dolu danışacaqlar. Bir neçə il əvvəl Qaz İstismar Sahəsində abonentlərin ödədiyi xeyli miqdarda pul yoxa çıxdı. Müdür vəzifəsini Əlicabbar Əhmədov icra edirdi. Həmin Əlicabbar Əhmədov idi ki, icra başçısı onu dələduzluqda, talançılıqda ittiham edib qərarla işdən azad etmişdir. Heç üstündən bir ay keçmədi ki, S.Cabbarov onu yenidən işinə qaytardı. Müəmmalı şəkildə yoxa çıxan pulun məbləği deyilənə görə 140 000 manatdan çox imiş. Yeyilib üstündən su içilən bu pullar acından ölən və dilənən abonentlərin üzərinə atdılar, özüdə həyasızcasına. Səlahiyyət sahibləri isə sanki heçnə olmamış kimi sudan quru çıxdılar. Yüz minlərlə pulun mənimsənilməsinə baxmayaraq Ə.Əhmədov sadəcə olaraq vəzifəsində kənarlaşdırıldı. Yerinə Rauf Babayev gəldi. Nə dəyişdi? Heçnə. Xələfinin həzmi rabedən keçirtdiyi pulların abonentlərdən məcburi qaydada yığan R.Babayev sakinləri beləcə faizə otuzdurdu. Rauf Babayev sakinləri istədiyi kimi qazladıqdan sonra onu Azəriqaza yuxarı vəzifəyə apardılar. Bu gündə demək olar ki, eyni proses gedir. Qaz oldu, olmadı ancaq pul yığılır. Qəza xidməti yoxdur. Təmir işləri aparılmır. Yenidənqurmada ki, gərək əlin cibində olsun. Bu da Saarlının Qaz İstismar Sahəsi. Cibin qarşısında qanun da, ədalət də aciz durumda qalır. Necə olur ki, oğurluq və talançılığa görə əmrlə işdən qovulasan, sonra da yenidən onu yuxarı başda otuzdurasan. Söhbətin kimdən getdiyini Saatlı sakinləri əlbəttə ki, yaxşı bilir.
teref.az gündəmxəbər.az istinadən xəbər verir ki, bu bəli Fürsət Əhmədovdur. Fürsət Əhmədovun qalmaqalla dolu iş tarixçəsinə baxmayaraq səlahiyyət sahibləri bu adamdan əl çəkmək istəmirlər. Oxuculara aydın olsun deyə bildirək ki, Fürsət Əhmədov bir neçə əvvəl Ağcabədi rayon elektrik şəbəkəsinin müdiri vəzifəsində çalışıb. İşində yol verdiyi ciddi nöqsanlara görə Fürsət Əhmədov vəzifəsindən kənarlaşdırılıb. Lakin, çox keçmir ki, o Sabirabad rayon elektrik şəbəkəsinə müdir gətirilir. Qozbeli qəbir düzəldər prinsipinə sadiq qalan Fürsət Əhmədov köhnə vərdişindən əl çəkmir. Məşğul olduğu qaranlıq işlərin qudazına gedir. Qərarla işdən qovulur. İndi də götürüb Saatlının elektrik şəbəkəsini belə bir adama həvalə ediblər. Bir özünüz düşünün. İşıq sarıdan onsuzda günləri qara olan rayon sakinlərinin yalnız acımaq qalır. Rayonda smartkart tipli sayğaclar olmasına baxmayaraq işıqlar müntəzəm olaraq söndürülür. Kənlərdə isə vəziyyət daha acınacaqlıdır. Saatlarla işıqlar verilmir. Sovet dövründən qalma sınıq-salxaq dirəklər, quraq bağlanmış məftillər göz oxşayır. Nəzarətçilərə gəldikdə isə əsasən qoçu rolunu oynayan bu kəslər soyğunçuluq vərdişlərindən əl çəkmək istəmir. Açıq-aşkar abonentlərin adına istədikləri məbləği yazırlar. Hədə-qorxu yolu ilə pullar alınır və dədə malı kimi özlərinə sərf edirlər. Beləcə söyülən də abonent, soyulan da abonent və döyüləndə. Qazanan isə rayonun səlahiyyət sahibləridir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.