"Allah qızımı mənə bağışladı, faciə ola bilərdi"

13-03-2021, 10:41           
"Allah qızımı mənə bağışladı, faciə ola bilərdi"
Müğənni Günel Ələkbərovanın başına iş gəlib.

Axşam.az xəbər verir ki, bu haqda sənətçi paylaşdığı videoda deyib. O bildirib ki, gecə saatlarında evində qazında sızma olub:

"Allah məni saxladı. Dünən evimdə az qala yanğın baş verəcəkdi. Gecə qızımla yatmışıq. Xalam bizdə qonaq idi, yatmayıb. Burnundan əməliyyat olunduğu üçün iy hiss etməyib. Mətbəxə keçəndə görüb ki, qazdan tüstü çıxır. Güclə məni oyatdı. Oyananda gördüm burnum, boğazım quruyub. Özümü itirmədim, hər şeyi bağladım. Evdə qısqaqapanma olmuşdu. Faciə ilə nəticələnə bilərdi. Evdə xəbərdarlıq siqnalı yoxdur. Yatmış olsaydım, tək mənim evim yox, bina yanardı. Qazın içindəki tok yanıb, əriyib, az qalmışdı qaza keçə. Allah qızımı mənə, məni ona bağışladı".













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.