Cennifer Lopez və Ben Afflekin evliliyi təhlükə altındadır: Yenidən ayrılırlar?

5-05-2024, 13:03           
Cennifer Lopez və Ben Afflekin evliliyi təhlükə altındadır:
Məşhur müğənni Cennifer Lopezlə aktyor Ben Afflekin münasibətləri ciddi böhran yaşayır.

Bu barədə “Life&Style” nəşri insayderlərə istinadən yazıb.

Məlumata görə, Ben Afflek son zamanlar həyat yoldaşının şıltaqlığına görə depressiv vəziyyətə düşüb.

Mənbələrin bildirdiyinə görə, cütlük hazırda ayrı-ayrılıqda vaxt keçirir: Afflek Los-Ancelesdə çəkilişlərlə məşğuldur, Cennifer Lopez isə Nyu Yorkda qalıb.
Nəşr müəyyən edib ki, Afflekin başı öz işinə tam qarışdığı halda, Lopez özünə qarşı böyük diqqət tələb edir.

Həmçinin qeyd edilib ki, bu ayrılıq dövrü onların toylarından bəri ən uzun müddət olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru