“Titanic”in aktyoru vəfat edib 6-05-2024, 00:11 “Titanic” (“Titanik”) və “The Lord of the Rings” (“Üzüklərin hökmdarı”) filmlərinin aktyoru Bernard Hill 79 yaşında vəfat edib."Operativ Media" xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.Bildirilib ki, aktyor bu gün səhər saatlarında dünyaya gözlərini yumub.Qeyd edək ki, B. Hill "Titanik"in kapitanı və "Üzüklərin hökmdarı" film trilogiyasında Kral Teodeni rolları ilə məşhurluq qazanıb. Facebook-da paylaş