"Sənin heç bir dəyərin yoxdur" - Natavan əsəbiləşdi

17-04-2017, 12:44           
"Sənin heç bir dəyərin yoxdur" - Natavan əsəbiləşdi
"Əgər sənə paxıllıq etmirlərsə, demək, sənin heç bir dəyərin yoxdur. Paxıllığın sadəcə dili uzundur, çünki əlləri qısadır”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Natavan Həbibi deyib.

Sənətçi ona paxıllıq edənlərin ünvanına sərt sözlər söyləyib:

“Deyirəm, mənə öz aləmlərində pislik etmək istəyənlərin əllərində yaxşı ki, məndə olan imkan yoxdur. Şou aləmindən kənar, heç yerdə lazım olmayan və şəxsiyyət olaraq hörməti olmayanlardır. Çox gülməlisiniz... Sizin hamınız mənim üçün bir nəfər deyilsiniz, xəbəriniz olsun. Bacardığınız budur, davam edin. Həyatınıza bir baxın – itirdiklərinizlə qazandıqlarınızın fərqinə varın. Allah böyükdür. Hər kəs layiq olanı alır. “Allah ürəyinizə görə versin” deyildikdə belə, ürəkdən “Amin” deyə bilməyənlərdənsiniz”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru