Azərbaycanlı rejissor 300 minlik təklifdən İMTİNA ETDİ

20-04-2017, 16:22           
Azərbaycanlı rejissor 300 minlik təklifdən İMTİNA ETDİ
Rejissor Cavid Təvəkkül 300 min manat büdcəsi olan filmi çəkməkdən imtina edib.

"Ölkə.Az"-ın məlumatına görə, bu barədə rejissor özü bildirib:

"İlk filmimi çəkəndə "Facebook"um yox idi. "İnstagram"ın nə olduğunu bilmirdim. Cəmi 7000 manat büdcə var idi. Onu da çəkilişlər bitdikdən sonra verdilər. Yanımda Asif Rəhimov və Royal Əliyev var idi təkcə. Bu günsə təklif olunmuş 300 min büdcəli filmdən imtina etdim. Təbrik edirəm özümü!"

Qeyd edək ki, Cavid Təvəkkül "Cavad Xan" filmi haqqında hazırlanmış "Cavad Xan – Filmin Filmi" silsilə televiziya filmlərinin, Azarkeş", "Sovqat", "Əzizim Fellini" kimi filmlərin rejissorudur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru