Özcan Dənizdən qalmaqala münasibət: “Düşmən və şüursuz deyiləm”
22-04-2017, 23:53
Müğənni Özcan Dəniz Burak Özçivit ilə iyun ayında nikah masasına oturmağa hazırlaşan keçmiş sevgilisi Fahriyə Evcənin “Instagram”dakı videosunu bəyəndiyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, o fikirlərini şəxsi səhifəsində bölüşüb:
“Normalda bu mövzuda danışmaram, amma bu dəfə vəziyyət fərqlidir. Bir neçə aya evlənmə planı quran bir cütlük var qarşımızda. Kimsənin şəxsi həyatında problem yaratmaq istəmərəm. Siz mənim şüursuzca davrandığımı düşünürsünüz. Ona görə bu açıqlamanı verirəm. Bilirsiniz ki uşaqlar telefonla oynamağı çox sevir. Bizim evdə də 6 yaşlı bir qız var. “İnstagramı kəşf et” bölümündə qarşısına çıxan tanıdıqlarını “like” edib. Anası də dərhal o bəyənməni geri çəkib. Vəziyyət bundan ibarətdir. Yəni, evlilik hazırlığı görən bir cütlüyü narahat edəcək dərəcədə düşmən və şüursuz deyiləm”.
Qeyd edək ki, F. Evcən Burakdan öncə Özcan Dənizlə uzun müddət sevgili olub.