"İnşallah anan, qardaşın, atan ölər, sən də onların yasında oynayarsan..." - Pərvin

24-04-2017, 16:06           

Aktrisa Pərvin Abıyeva sosial şəbəkədə ünvanına yazılan təhqirlərdən danışıb.

Aktrisanın sözlərinə görə, onu ən çox narahat edən rəylər anası, atası və qardaşı ilə bağlı yazılanlar olub. TEREF.İNFO yenicag.az-a istinadən Pərvinin müsahibəsindən kiçik bir hissəni təqdim edir:

– Bir müddət öncə sosial şəbəkədə çimərlik geyimlərində fotolarını paylaşdın. Bu, insanlar tərəfindən birmənalı qarşılanmadı. Həmin fotoların altından xoşagəlməz rəylər yazdılar. Sənin də reaksiyan çox sərt oldu…

– Çünki bilmirlər söhbət nədən gedir, amma əleyhimə danışıb, ağızlarına gələni yazırlar. Məni tanımadan mühakimə edirlər və o zaman da çox qəddar olurlar. Özümə kim nə deyir desin, amma ailəmə toxunmasınlar. Bəlkə də mən göz önündə olduğuma, ya məni qısqandıqlarına, ya da elə kimsə sırf dindarlığı üzündən o fotolara görə mənə təhqiramiz sözlər yazdılar. Amma hər şeyin həddi var: bir var tənqid, irad, bir də var təhqir.

– Ən sərt təhqir nə idi?

– Anam, atam və qardaşımla bağlı ağızlarına gələni yazdılar.

– Nə yazmışdılar ki?

– İnşallah anan, qardaşın, atan ölər və sən də onların yasında oynayarsan.

– Məhkəməyə nə əcəb vermədin?

– Verəcəkdim, sadəcə olaraq, məni təhqir edənin ailəsi, əmisi uşaqları, bütün nəsli müxtəlif yollarla mənə zəng edib yalvardılar, hamısı məndən üzr istədilər. Dedilər ki, bunu yazan uşaqdır, yaşı azdır, mən də keçdim.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.