Rəqsanə xəbərdarlıq etdi: "Bir zəngimlə Moskvaya gələn yolunuz bağlanar"

11-06-2017, 12:45           

Artqı bir ilə yaxındır ki, səhnədən və efirdən uzaq düşən Rəqsanə İsmayılova həmkarlarına ismarış yollayıb.

Teref. info xəbər verir ki, “Xəzər Maqazin”ə danışan ifaçı sənətdən uzaqlaşmasını bu cür açıqlayıb:

“Sənətdə bir az yoruldum, kənara çəkildim. Amma bu, mənim səhvim olub. Mən dünənki uşaqlarla niyə efirə çıxmalıyam ki? İnandırım sizi ki, illərlə sənətdə olmasam da, baxıram ancaq məndən danışırlar. Sənətə bu gün gələn əlinə mikrofon götürüb bir mahnı oxuyur, olur ulduz. Başlayırlar “ay mən Hollivuddan gəlmişəm, filankəsəm”. Sənət dostlarım emosiyalara qapılıb dava edirlər. Mən sənətə gələndə oynaq mahnılara üstünlük verirdim. Ümumiyyətlə, mənim öz janrım, üslubum var. Oxuduğum mahnıların hamısı el şənliklərində oxundu. Deyirdilər “Ay, o nə mahnıdır”, ağız əyirdilər oxuduqlarıma. Amma indi baxıram, hamı toy tutmaqdan ötrü oynaq mahnılara “girişib”.

Rəqsanə onu “əlindən toy almaqda” günahlandıran həmkarına da üstüörtülü mesaj yollayıb:

“Bəziləri deyir, Rəqsanə toyumuzu əlimizdən aldı. Demək istəyirəm ki, Moskvaya təzə-təzə gəlirsiz. Mənim də tanıdığım, mənə hörmət edən dostum var, tanışım var, bir zəngim kifayət edər. Yəni istəmirəm Moskvaya gələn yolunuz indidən kəsilsin. Moskvanın neçə konsert salonlarında konsert vermişəm, Moskva mənlikdir. Bu aləmdə Rəqsanə bir dənədir. İkinci Rəqsanə adıyla gələn olacaq, amma RƏQSANƏ olmayacaq”.

R.İsmayılova Moskvaya köçməsinin səbəbini isə “Bəzi işlərimə və həyat yoldaşıma görə Msokvaya gəldim. Yoldaşım restoran təmir etdirir. Onun təklifi oldu ki, onu özün işlət. Albom üzərində də işləyirəm. 5 klip, 4 fotosessiyam artıq olub. Azərbaycanın bölgələrində canlı kosnertlər verməyə gələcək”.

Qeyd edək ki, Rəqsanənin toy qalmaqalı müğənni Xatun Əliyeva ilə yaranıb. Belə ki, Xatun Rəqsanəni onun toylarını əlindən alıb, çörəyinə bais olmaqda günahlandırmışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.