Tupakın qatilinin adı 22 il sonra açıqlandı – ŞOK ETİRAF

3-07-2018, 14:17           
Tupakın qatilinin adı 22 il sonra açıqlandı – ŞOK ETİRAF
Keçmiş qanqster Dueyn Kit Devis məşhur amerikalı reper Tupak Şakurun 1996-cı ildə törədilən qətlinin detallarını danışıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin hadisələrlə bağlı çəkilən “Unsolved, the Tupac and Biggie Murders” sənədli filmində danışan Devis reperin öz xalası oğlu Orlando Anderson tərəfindən güllələndiyini deyib. Kit Devis hadisə zamanı qatillə eyni avtomobildə olduqlarını da xatırlayıb.

“İnsanlar məni 20 ildir ki, izləyirlər. Məndə xərçəng tapılıb. İtirməyə heç nəyim yoxdur daha. Həqiqəti söylədim. Anderson Tupakın komandasına məxsus əşyanı oğurlamaq istəyib və buna görə, onun tərəfindən döyülmüşdü. Hadisə qisas zəmnində baş verib”.

Tupak 1996-cı ildə Las-Veqasda avtomobilində 4 atəşlə qətlə yetirilmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.