Binali Yıldırımdan ilk reaksiya – “Gərginliyin gərəksizliyi üzə çıxmışdır…”
18-04-2019, 01:41
“İstanbul şəhər Seçki Komissiyası İstanbul bələdiyyəsinin vəsiqəsini cənab İmamoğluna vermişdir. Qərarın xeyirli olmasını arzulayıram”.
Strateq.az xəbər veirr ki, bu sözləri AKP-nin İstanbul bələdiyyəsinə namizədi olmuş Binəli Yıldırım “Twitter’ sosial şəbəkəsindəki hesabında yazıb.
O bildirib ki, vəsiqənin Əkrəm İmamoğluna verilməsinə baxmayaraq, təmsil etdiyi partiya (AKP) hüquqi haqlarını axtarmağa davam edir: “Demokratiya və hüquq öz işini görmüşdür. Böyüyən gərginliyin gərəksizliyi üzə çıxmışdır. Son söz YSK-nındır”.